Qızılın qiyməti düşüb

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) ikigünlük iclasının yekunlarının gözlənildiyi bir zamanda qızılın qiymətində cüzi eniş qeydə alınıb.

Milletinsesi.az  birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0, 31%, yaxud 5,4 dollar ucuzlaşaraq 1 unsiyası 1 722 dollara satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,99% düşərək 1 unsiyası 18,433 dollar təşkil edib.

Çərşənbə günü FES-in qərarı açıqlanacaq. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5%-ə çatdırılacaq.

ABŞ-da monetar siyasətin sərtləşdirilməsi dollar üçün müsbət hal hesab olunur. Analitiklər hesab edirlər ki, iyul ayında qızılın qiyməti ABŞ dollarının məzənnəsinə əks dinamikada inkişaf edəcək.

Report.az

Share: