Litva əhalisinin artıq Ukraynadan olan qaçqınları yerləşdirmək imkanı yoxdur.
Millətin Səsi.az Litvanın ELTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
“Litva cəmiyyətinin ukraynalıları qəbul etməyə hazır olması hələ də çox vacibdir, lakin bu prosesi koordinasiya edən təşkilat bu yaxınlarda bir neçə dəfə əhalidə yerləşdirmə imkanlarının tükəndiyini göstərən siqnallar verib”, – məlumatda deyilir.
Qızıl Xaç Komitəsinin Litva üzrə nümayəndəsi Luka Lesauskayte bildirib ki, soyuq havaların gəlməsi ilə ölkəyə ukraynalı qaçqınların axınının artacağı, onların sayının 100 minə çatacağı proqnozlaşdırılır.
Hazırda Litvada 61 minə yaxın qaçqın qeydiyyatdadır, orta hesabla həftədə 150-yə yaxın insan gəlir.