İlham Əliyev Portuqaliya prezidentinə məktub göndərdi

Pezident İlham Əliyev Portuqaliya Prezidenti Marselu Rebelu di Souzaya təbrik məktubu ünvanlayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”, – təbrikdə qeyd edilib.

 

Share: