İranın cənubunda meşələr yanır

İranın cənubunda yerləşən Buşehr vilayətinin Dəşti rayonunda Qara Dağ yüksəkliklərində meşə ərazisi yanır.

Trend-in məlumatına görə, bunu İranın Buşehr vilayəti Dəşti rayonu qubernatoru Abdulla Nadiri deyib.

A.Nadirinin sözlərinə görə, dağlıq ərazi keçilməz olduğuna görə, yanğın hələ də söndürülməyib.

Qubernator vilayətin fövqəladə hallar idarəsindən vertolyotun istənildiyini bildirib.

A.Nadiri bildirib ki, yanğının səbəbi bəlli deyil, ilkin ehtimala görə, şimşək nəticəsində baş verib.

Share: