“Bakı kənar dairəvi yolu”unda “Mersedes” yanıb

İyunun 8-i saat 12:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “Bakı kənar dairəvi yolu”unda avtomobildə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Milletinsesi.az-a verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 12:19 dəqiqədə hadisə yerinə çatıb (həmin vaxt avtomobil tamam açıq alovla yanıb).

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 12:21-də söndürülüb. Yanğın nəticəsində “Mercedes” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.

Share: