Təkcə ötən il Azərbaycanda 13644 nəfərə bәdxassәli şişlәrlә xәstәlәnmə diaqnozu qoyulub.
Bu barədə Milletinsesi.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu rəqəm əvvəlki illərlə müqayisədə artım deməkdir. Belə ki, 2020-ci ildə ilk dəfə bәdxassәli şişlәrlә xәstәlәnənlərin sayı 11595 nəfər olub.
Rəsmi statistikaya görə, Azərbaycanda qadınlar kişilərə nisbətən daha çox xərçənglə xəstələnirlər. Belə ki, ötən il ilk dəfə bәdxassәli şişlәrlә xәstәlәnən 13644 nəfərdən 6437-ü kişilər, 7207-si qadınlar olub.
2021-ci ildə bәdxassәli şiş aşkarlanan xəstələrdən 87-si 13 yaşadək uşaqlar olub.
A.Qorxmaz