ABŞ Prezidenti Co Bayden yay tətilini ailəsilə birlikdə Cənubi Karolinadakı 20 milyon dollar dəyərində olan malikanədə keçirir.
Milletinsesi.az xəbər verir ki, bu barədə “New York Post” nəşri ailəyə yaxın mənbəyə istinadən yazıb.
Bildirilib ki, Bayden ailəsinin pulsuz dincəldiyi mülk iki hektar ərazidə yerləşir və 9 otağa, böyük hovuza malikdir. Hazırda məzuniyyətdə olan Prezident bu malikanədə yay mövsümünün keyfini çıxarır.
Məlumata görə, Baydenin qaldığı malikanə Demokratlar Partiyasının uzun müddət sponsorlarından biri olan Mariya Olvinə məxsusdur.
Ağ ev rəsmiləri Baydenin məzuniyyət cədvəli, fəaliyyəti və Vaşinqtona nə vaxt qayıdacağı barədə suallara cavab verməkdən çəkiniblər.