Cari ilin yanvar-iyul aylarında emal sənayesi üzrə 10 milyard 136,4 milyon manatlıq məhsul istehsal edilib.
Milletinsesi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.
Belə ki, bu dövrdə qida məhsullarının istehsalı 11,5% artaraq 2 milyard 979,4 milyon manata çatıb. Geyim istehsalı 52% artaraq 88,5 milyon manata, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,4% artaraq 12,4 milyon manat təşkil edib.