Ukrayna yeni M270 reaktiv yaylım atəş sistemləri əldə edib

Yeni M270 reaktiv yaylım atəş sistemləri (YARS) Böyük Britaniyadan Ukraynaya gətirilib. 

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Twitter” səhifəsində yazıb.

“Böyük Britaniya söz verdi, Böyük Britaniya vədini yerinə yetirdi! Yeni M270 YARS Ukraynaya gətirildi”, – Reznikov yazıb.

O, britaniyalılara dəstəyə görə təşəkkür edib və bunun Ukrayna üçün əhəmiyyətini qeyd edib.

“Ukraynada ordumuz döyüş meydanında bu” əlavədən “məharətlə istifadə edir” deyə nazir əmin edib və əlavə edib ki, “daha çox” hədiyyə “tezliklə gələcək”.

Mənbə

Share: