“Namizədlik statusunu ala bilməyəcəyik” – Partiya lideri

“Gürcü Arzusu partiyasının idarəçiliyi dövründə ölkəmiz Avropa İttifaqına namizəd ölkə statusu ala bilməyəcək”.

Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstanın “Lelo” partiyasının lideri Mamuka Xazaradze bildirib.

“Bir daha təkrar edirəm, Gürcü Arzusu partiyasının idarəçiliyi dövründə ölkəmiz Avropa İttifaqına namizəd ölkə statusu ala bilməyəcək. Çox təəssüfedici məqamdır, ancaq həqiqəti görməliyik. Gürcü Arzusunun idarəçiliyi ölkənin Rusiya adlı orbitə yönləndirmək deməkdir. Artıq Gürcüstandakı insanlar anlayıblar ki, Gürcü Arzusu qərbə yönəlmiş qüvvə deyil. Bu, İvanişvilinin rəhbərliyi ilə ölkədəki rus gücüdür”, – deyə Xazaradze əlavə edib.

Qeyd edək ki, dünən Avropa Komissiyası Gürcüstan tərəfindən assosasiya sazişinin həyata keçirilməsi barəsində növbəti hesabatını təqdim edib. Hesabatda bildirilib ki, ölkə qanunvericiliyinin Avropa qanunvericiliyə uyğunlaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, məhkəmə islahatları bu günədək ləngiyir, ölkədəki qütbləşmə hələ də davam edir. Həmçinin, xalq müdafiəçisi ofisiniə qarşı edilən təzyiqlərdən də söz açılıb. Hesabatda Mixeil Saaakşvili, Nika Qvaramia, Mamuka Xazaradze, Badri Caparidze və Nika Melianın məhkəmə işlərindən də bəhs edilib.

Mənbə

Share: