Yevlaxda avtomobil qəzası olub, ölən və xəsarət alan var

Yevlax şəhərində avtomobillər toqquşub, ölən və xəsarət alan var.

Milletinsesi.az-ın Qərb bürosunun məlumatına görə, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Elzamin Məmmədov ölüb.

Qəza zamanı habelə Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Mirzəyev isə müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə

Share: