“Bəzi məktəblər var ki, valideynlər övladlarının israrla o məktəbdə oxumasını istəyirlər. Bu məsələdə mexanizm odur ki, kim ilk müraciət etsə, onu qeyd edirsən”.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, bu məsələ “Təhsil haqqında qanun”a əlavə edilib.
“Bəzi məktəblərdə birinci sinifə qəbul üçün imtahanı ləğv etmişik. Rus bölmələrində isə imtahan qalır. Elə məktəblər var ki, orada uşaqları seçimlə götürməlidirlər”, – nazir vurğulayıb.