UEFA İngiltərənin “Arsenal” klubunu cəzalandıra bilər.
London təmsilçisi maliyyə feyr-pley qaydalarını pozmaqda şübhəli bilinir.
“Topçular” Avropa futbol qurumunun nəzarəti altında olan 20 klub sırasındadır. UEFA-nın sentyabrda 2020-2021-ci illərdə maliyyə qaydalarını pozanlara sanksiya tətbiq edəcəyi gözlənilir.
“Arsenal” son 3 ili 213 milyon funt sterlinq zərərlə başa vurub. Klub bu dönəmdə transferlərə 218 milyon funt-sterlinq xərcləyib.
(Report)