DÇ-2022: Pakistan təhlükəsizliklə bağlı Qətərə dəstək verəcək

Pakistan hökuməti bu il keçiriləcək futbol üzrə dünya çempionatı zamanı Qətərə təhlükəsizliklə bağlı dəstək göstərəcək.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında rəsmi müqavilə imzalanıb.

Anlaşmaya əsasən, Pakistan əsgərləri stadionlarda təhlükəsizliyin təmin olunmasına nəzarət edəcək.

Qeyd edək ki, DÇ-2022 20 noyabr – 18 dekabrda gerçəkləşəcək.

Mənbə

Share: