“İrəli”yə sədr seçildi – YENİLƏNİB

Bu gün “İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, media mənsubları və 500-ə yaxın gənc iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Hesabat-seçki konfransının gündəliyinə 2 əsas məsələ daxil edilib. Əvvəlcə Birliyin ümumi yığıncağında təşkilatın son iki ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib, habelə yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub.

 

Yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçirilib.

 

Səsvermənin nəticələrinə əsasən, hazırki sədr Şahin Rəhmanlı yenidən növbəti iki il müddətinə təşkilatın İdarə Heyətinə rəhbərlik edəcək.

 

Xatırladaq ki, “İrəli” İctimai Birliyi 26 avqust 2003-ci ildə ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlayıb, 24 dekabr 2008-ci ildə isə gənclər təşkilatı olaraq təsis edilib. Təşkilatın əsas məqsədi sağlam, vətənpərvər və rəqabətədavamlı gənclər şəbəkəsi yaratmaqla dövlət gənclər siyasətinə töhfə verməkdir.

 

Elmar Hüseynov 

Mənbə

Share: