Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadənin ölüm səbəbi məlum olub.
Mərhumun yaxınları Milletinsesi.az-a bildiriblər ki, C.Həsənzadə xəstəlikdən dünyasını dəyişib.
Uzun müddət ağır xəstəliklə mübarizə aparan professorun həyatını xilas etmək mümkün olmayıb.
Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutun sənətşünaslıq fakültəsini bitirib. O, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyirdi.
Qeyd edək ki, “Təbrizin sehrli nağılları” kitabı İsrail və İran arasında diplomatik gərginliyə səbəb olmuşdu.
Elmar Hüseynov