Almaniya kansleri Olaf Şolts Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil ola bilməsi üçün təşkilatın genişləndirilməsinə çağırıb.
“Report”un xarici mətbuta istinadən xəbərinə görə, o bildirib ki, səs çoxluğu ilə qərarların qəbul edilməsinə tədricən keçid blokun genişləndirilməsi istiqamətində atılan addımdır.
“Biz vahid Avropamızın nüfuzundan daha çox istifadə etməliyik. Avropa bizim gələcəyimizdir. Bu gələcək isə bizim əlimizdədir”, – Almaniya kansleri deyib.
O.Şolts Almaniyanın Aİ-nin genişlənməsinə sadiq olduğunu qeyd edərək Qərbi Balkan ölkələri, Ukrayna, Moldova və Gürcüstanın təşkilata qoşulmalı olduğunu vurğulayıb.