Cənubi Koreyada yaşayan azərbaycanlı gənc Füruzə Qurbanova Koreya vətəndaşı ilə ailə həyatı qurub.
Milletinsesi.az xəbər verir ki, cütlüyün toy mərasimi Cənubi Koreyada baş tutub.
Toy Koreya milli adətlərinə uyğun olaraq təşkil olunub. Hər iki tərəfin yaxın qohumları şənlikdə iştirak ediblər.
Füruzə Qurbanova 7 il əvvəl doktorantura təhsili almaq üçün Cənubi Koreyaya gedib və təhsilini başa vurduqdan sonra orada çalışmağa başlayıb.
Qeyd edək ki, azərbaycanlı xanımın koreyalı bəylə ailə həyatı qurması ilk hal deyil. Bundan öncə bir neçə soydaşımız Cənubi Koreya vətəndaşı ilə evlənib.