Vətəndaşın evini dağıdan MTK-dan jurnalistə zorakılıq

Nəsimi rayon A. Səhhət küç.33-də tikinti aparan ANIMA MTK Yusifovlar ailəsinə fəlakət yaşadır.

Millətin Səsi.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Xəyyam Qurbanlı yayıb.

O bildirib:

“Yusifovlara məxsus fərdi yaşayış evini Anima MTK  Tikinti məcəlləsinin 76-cı maddəsini pozaraq,  razılaşma sənədi tərtib etmədən  özbaşınalıq edib, ailənin yaşadığı evin astanasından tutmuş evin daxilindəki divarlarına qədər  çat- çat edərək biznesini davam etdirir. Bina tikintisi üçün qazılan özül bünövrə işləri ailəni bu gün fəlakətlə üz- üzə qoyur.  Bakı İnzibati Məhkəməsi mövcud təhlükəli vəziyyəti çox düzgün qiymətləndirərək 01.09.2022 tarixində ANİMA MTK-nın həmin ərazidə aparılan tikinti inşa işlərinin təcili dayandırılması haqqında Qərar çıxarsa da Qərarın  icrasını  Nəsimi İCRA PROBASİYA əməkdaşları nədənsə yerinə yetirə bilmir”.

Hələ bu azmış kimi İcra Probasiya əməkdaşları yanında MTK- nın rəhbərliyi mülkiyyətçi Mikayıl Yusifovaya  və şəffaflığı ictimailəşdirmək istəyən media üzvlərinə Real Tv çəkiliş qrupu yanında və İcra probasiya yanında fiziki zorakılıqlar  edir:

Qeyd edək ki,  aidiyyatı Polis bölməsinin çevikliyi nəticəsində zorakılıq zamanı qollarından xəsarət almış mülkiyyətçi Yusifov Mikayıl ekspertiza rəyi  alınması üçün müvafiq qaydada istiqamətləndirilərək vətəndaşa kömək edilib.. Həmin rəy əsasında artıq ANİMA MTK barəsində yenidən Məhkəməyə müraciət də ediləcək!

 

Share: