Fransa Prezidenti Emmanuel Makron və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.
Milletinsesi.az xəbər verir ki, tərəflər telefon danışığı zamanı Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyəti müzakirə ediblər.
Makron və Zelenski nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün Rusiya qüvvələrini geri çəkməyə məcbur etmək barədə razılığa gəliblər.
Rəsmi açıqlamada Zelenskinin Makrona müharibənin gedişi və Ukraynanın ehtiyacları barədə məlumat verdiyi qeyd olunub.
Akif İsmayılov