İngilis mediası sentyabrın 8-də dünyasını dəyişən II Elizabet və məşhur ulduz Merilin Monronun illər əvvəl Böyük Britaniyada baş tutan görüşü ilə bağlı yazı dərc edib.
Axşam.az xəbər verir ki, II Elizabet hakimiyyətinin uzun illəri ərzində siyasətçilər, elm adamları, din xadimləri və sənət adamları da daxil olmaqla çox sayda müxtəlif şəxsiyyətlərlə tanış olub. Britaniya kral ailəsinin üzvləri filmlərinin premyeralarına görə Londona gəldikləri üçün ulduzlarla tez-tez tanış olublar. Beləliklə, Merilin Monronun Əlahəzrətlə görüşü baş tutub.
29 oktyabr 1956-cı ildə Leicester meydanındakı gözəl Odeon kinoteatrında “La Plata döyüşü”nün premyerası olub. Hollivud kraliçası Monro gecəyə o vaxtkı əri, dramaturq Artur Millerlə birlikdə gəlib. O, digər ulduzlar arasında Kraliça ilə görüşməyi səbirsizliklə gözləyib.
Gənc Elizabetin əynində çiyinləri bir qədər aşağı salınmış tünd rəngli paltar, hündür ağ əlcəklər, tiara və digər kral zinət əşyaları olub. Aktrisa isə sinə dekolteli paltarla gecəyə qatılıb. Bu isə saray qaydalarına zidd olub.
Merilin Monronu Kraliça Elizabetlə görüşəndə protokollara uymayıb: Həm açıq geyinmək qadağan olunduğu halda açıq sinə dekoltesi geynib, həm də Kraliça ilə salamlaşanda baş əyib təzim etməyib.
Növbəti dəfə aktrisa əri ilə bir il sonra yenidən Böyük Britaniyaya səyahət edərkən, o, baqaj normasını aşaraq özü ilə 27 çamadan götürub. Buna görə Monro 1500 dollar (indiki pulla təxminən 17 000 dollar) cərimə ödəməyə məcbur edilib.