Məşhur ispan yazıçı Xavyer Marias vəfat edib.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, o, 70 yaşında dünyasını dəyişib.
Son bir aydır sətəlcəm xəstəliyindən əziyyət çəkən Marias 16 romanının müəllifidir.
İspaniyanın baş naziri Pedro Sançes onun vəfatı ilə əlaqədar başsağlığı verib və sosial media hesabında “İspaniya üçün kədərli bir gündür” yazıb.
Onun kitabları 46 dilə tərcümə edilib və 56 ölkədə 9 milyon nüsxə satılıb.
Tərcüməçi, eləcə də İspaniyanın gündəlik “El Pais” qəzetinin köşə yazarı olan Marias müəllifi olduğu əsərlərə görə bir sıra mükafatlar alıb. Keçən il o, Britaniya Kral Ədəbiyyat Cəmiyyətinə seçilib.
Akif İsmayılov