Balakəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu, Balakən rayonunun Tülü kənd sakini, 1989-cu il təvəllüdlü Pərviz Heybullah oğlu Baradovdur. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasın dəyişib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə yerləşdirilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.