Özünü yandıran qazi ev növbəsindəymiş

Xəbər veridiyimiz kimi bu gün qazi Elnur Rüstəmov özünü yandırıb.

 

Bildirilib ki, Elnur Rüstəmov bu addımı Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq atıb.

 

Xəzər rayonunun deputatı Rauf Əliyevin köməkçisi  Əfrasiyab Əmirov Modern.az-a danışıb.

 

O bildirib ki, qazi Elnur Rüstəmov heç vaxt onlara şikayət ünvanlamıyıb:

 

“Qazi Elnur Rüstəmov 3-cü dərəcəli əlillik alıb. Elnur mənzil növbəsinə götürülüb, özünün qeydiyyatı Mərdəkan qəsəbəsindədir. Amma hazırda Buzovnada yaşayır. Gəlib səs salıb ki, niyə məni incidirsiz, ancaq probleminin nə olduğunu söyləməyib. Yerli bələdiyyə tərəfindən həmişə ona kömək göstərilib. Həmişə də bildirilib ki, prezidentin tapşırığına uyğun olaraq il sonunadək mənzillə təmin olunacaq”.

 

Qeyd edək ki, Elnur Rüstəmov Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır.

 

Mənbə

Share: