Mirzoyan KTMT katibinin müavini ilə danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini Valeri Semerikovla telefon əlaqəsi saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-nin mətbuat xidməti məlumat yayıb.

 

Nazir Mirzoyan sentyabrın 13-ü gecə saatlarında Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət barədə həmsöhbətinə məlumat verib.

 

Telefon danışığı zamanı KTMT-nin mövcud mexanizmlərinin həyata keçirilməsi yolları müzakirə edilib.

Mənbə

Share: