Bu gün Çexiyanın paytaxtı Praqadakı cüdo üzrə gənclərin Avropa çempionatında qarışıq komanda yarışları keçiriləcək.
“Report”un məlumatına görə, Azərbaycan millisi 1/8 final mərhələsində Avstriya yığması ilə üz-üzə gələcək.
Bu cütün qalibi 1/4 finalda Gürcüstan seçməsi ilə görüşəcək.
Qeyd edək ki. Azərbaycan yığması qitə birinciliyində fərdi mübarizəni 5 medalla bitirib. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.