Birinci yarım ildə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2,9 milyard dollar kəsir, qeyri-neft sektoru üzrə isə 0,3 milyard dollar profisit olub.
Modern.az Mərkəzi Banka istinadla xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir 4,8 dəfə artaraq 2,6 milyard dollar təşkil edib.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4 milyard dollar olub.
Bunun 83,1 faizi 3,3 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (2,9 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2,8 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (168,3 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (150,1 milyon dollar) və digər ödənişlər (118,5 milyon dollar) təşkil edib.