Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə olmayan müxalifət nümayəndələri ilə növbəti görüş keçirib.
Modern.az xəbər bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Görüşdə “Respublika” partiyasının lideri Aram Sarkisyan, Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Ermənistan Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyan, “Vahid Vətən” partiyasının lideri Mher Terteryan, “Hnçakyan” Sosial-Demokrat Partiyasının rəhbəri Sedrak Açemyan, “Vətən gücü” partiyasının lideri Tiqran Arzakantsyan iştirak edib.
Məsləhətləşmələr zamanı hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilmir.
N.Paşinyan vaxtaşırı parlamentdə olmayan müxalifət liderləri ilə görüşlər keçirir. Ekspertlər hesab edir ki, Ermənistan hökumətinin başçısı loyal müxalifət formalaşdırmağa çalışır.