“Məhkəmə hakimiyyətinin mediasiya islahatlarına kifayət qədər ciddi dəstəyi var ”

“Mediasiya Şurası və mediatorlar fəaliyyət göstərdikləri bir il müddətində məhkəmə hakimiyyətinin mediasiya proseslərinə dəstəyini və diqqətini daim hiss edirlər.”

 

Bunu Moderator.az -a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib: 

 

“Əlbəttə, bunu xüsusi qeyd etmək lazımdır ki, bu diqqətin və qarşılıqlı əməkdaşlığın qurulmasında Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri hörmətli cənab Fikrət Məmmədovun mühüm rolu vardır. Belə ki, cənab Fikrət Məmmədovun mediasiya islahatlarına dəstəyin göstərilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının iclaslarında səsləndirdiyi tövsiyələr və fikirlər mediasiya sahəsinin inkişafında çox ciddi bir dönüş yaratmışdır. Məhz bu səbəbdən, Mediasiya Şurası məhkəmələrin də yaxından dəstəyi ilə bir çox problemlərin həlli istiqamətində uğurlu nəticələr əldə edib. Fürsətdən bir daha istifadə edərək Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri, hörmətli cənab Fikrət Məmmədov başda olmaqla Məhkəmə – Hüquq Şurasının bütün üzvlərinə və aparatının əməkdaşlarına, məhkəmə hakimlərinə fəaliyyətimizə göstərilən dəstək üçün təşəkkür edirik.”

 

N.Adilov qeyd edib ki, vətəndaşların maarifləndirməsində, istərsə də vətəndaşların mediasiya təşkilatlarına yönləndirilməsində, xüsusən də uğurlu mediasiya barışıq sazişlərimizin artmasında və bu sazişlərin vətəndaşların hüquq və qanuni mənafeləri çərçivəsində təsdiq edilməsində hakimlərlə bərabər, məhkəmə aparatı əməkdaşlarının da xüsusi rolu var. Biz uğurlu mediasiya proseslərinə nail olmuşuqsa bu uğurlarda bizə dəstək olan məhkəmələrin rolu da danılmazdır. 

Mənbə

Share: