Sankt-Peterburqun 80 mindən çox sakini qismən səfərbərlik çərçivəsində çağırış vərəqəsi alıb.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə şəhər hərbi komissarının müavini İlfat Abzalov bildirib.
“Bu günədək müəyyən edilmiş plana uyğun olaraq 80 mindən çox şəhər sakininə səfərbərliyə çağırış vərəqələri təqdim olunub”.
Rusiyada prezidentin sərəncamı ilə sentyabrın 21-dən qismən səfərbərlik elan edilib. Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukraynada min kilometrlik təmas xəttinə və ələ keçirilmiş ərazilərə nəzarət etmək lazımdır. Səfərbərlik zamanı 300 min ehtiyatda olan əsgər çağırılacaq ki, bu da Rusiya Federasiyasının ümumi səfərbərlik resursunun 1%-dən bir qədər çoxunu təşkil edir.