Rusiyada ruhi xəstəni səfərbərliyə aldılar

Rusiyanın Xabarovsk şəhərində şizofreniya diaqnozu qoyulan şəxs Ukraynadakı müharibəyə səfərbər edilib.

 

Bu barədə Ümumrusiya Xalq Cəbhəsinin (ONF) Xabarovsk diyarı üzrə Telegram kanalı məlumat yayıb.

 

Qeyd edilir ki, çağırışçının həyat yoldaşı şizofreniyası olan kişinin 2017-ci ildən psixiatriya xəstəxanasında qeydiyyatda olduğunu bəyan edib. Buna baxmayaraq sentyabrın 26-da onu çağırış əsasında apararaq Bikin şəhərindəki hərbi hissəyə yerləşdiriblər.

 

Rusiyada ginekoloqu səhvən səfərbərliyə cəlb etdilər“Ayın 28-də hərbi hissəyə getdim və onlara lazımi sənədləri verdim. Cavab bu oldu ki, problemi həll edəcəklər. Amma ərim mənə zəng edib deyir ki, artıq batalyonlar üzrə bölgü başlayıb, onu atıcı kimi qeydə alıblar”, – rus qadın şikayətlənib.

 

Qeyd edək ki, səfərbərliyə uyğun olmayan vətəndaşların səhvən hərbi hissələrə cəlb olunması halları getdikcə daha çox qeydə alınır. Bir neçə gün öncə Rostov-na-Donda onurğasında ciddi problemlər olan vətəndaş da xidmətə çağırılmışdı. Volqoqrad vilayətində ağır şəkərli diabet və beyin işemiyası olan 63 yaşlı təqaüdçü və Saxalində isə onurğasında cihaz daşıyan 40 yaşlı diabet xəstəsi orduya cəlb olunub. /AzVision.az/

 

Mənbə

Share: