Zelenski NATO-ya üzvlüyün sürətləndirilməsinə qərar verdi 

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı sənədi imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, Təhlükəsizlik Şurasının təcili iclasından sonra məlumat verib.

 

Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO-nun bir hissəsidir: “Bu gün bunu de-yure etmək üçün müraciət edirik”.

 

Zelenski qeyd edib ki, Ukrayna defakto NATO-da öz yolunu keçib: “Biz artıq defakto Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik”

Mənbə

Share: