“Ukrayna Silahlı Qüvvələri böyük ehtimalla yaxın 72 saat ərzində Donetsk vilayətinin Liman şəhərini tamamilə mühasirəyə alacaq və ya nəzarətə götürəcək”.
Modern.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.
Məlumata görə, ruslar hələ də Limandan Torskoya gedən yola nəzarət edir, Ukrayna qüvvələri isə Stavok rayonunda Drobışevo-Torskoye yolunu bağlayıb.
Mənbələr, həmçinin Ukrayna kəşfiyyat və diversiya qruplarının fəallığının artırdığını vurğulayırlar.