Ukrayna Ali Baş Komandanının qərargahının iclası keçirilib. İclasda təcavüzkarın yaxın gələcəkdə ehtimal olunan hərəkətləri müzakirə edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukryna prezidenti Volodimir Zelenski “Telegram”da məlumat verib.
“Biz əməliyyat bölgələrindəki vəziyyəti nəzərdən keçirdik, həmçinin təcavüzkarın yaxın gələcəkdə ehtimal olunan hərəkətlərini müzakirə etdik. Ukrayna torpaqlarının azad edilməsi üçün növbəti addımları planlaşdırdıq. Biz ordumuzu sursatla fasiləsiz təmin etmək sxemini təkmilləşdiririk və davam etdiririk”, – deyə dövlət başçısı bildirib.
İclasda ərazi icmalarının könüllü birləşmələrinin fəaliyyətinin tənzimlənməsi məsələsi də müzakirə olunub.
“Biz hər gün güclənirik, hər gün qələbəyə daha yaxınlaşırıq”, – Ukrayna prezidenti yazıb.