Çində dinozavr izləri tapılıb

ABŞ-Çin birgə tədqiqat qrupu, Çinin Tsyansu vilayətində daşlanmış dörd dinozavr izlərini tapdığını açıqlayıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Qrupun dediyinə görə, izlər Sinyi şəhərində dağda tapılıb.

Hal-hazırda tədqiqatçılar nadir tapıntıları qorumaq üçün yerli hakimiyyət orqanları ilə birlikdə çalışırlar.

Tədqiqat Çin və Amerika paleontoloqları tərəfindən aparılıb. Araşdırmaların nəticələri “Geological Bulletin of China” jurnalında dərc edilib.

Share: