Bayden administrasiyası tezliklə Ukrayna üçün növbəti hərbi yardım paketini elan edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
725 milyon dollar dəyərində olan paketə mərmilər, sursatlar və “Humvee” hərbi texnikaları daxil olacaq.
Agentlik hərbi yardımın elan olunana qədər tərkibi və miqdarının dəyişə biləcəyini qeyd edib.
Mənbələr bildirir ki, yeni hərbi yardım paketinə Ukraynanın tələb etdiyi hava hücumundan müdafiə vasitələri daxil deyil. Yeni hərbi yardım paketi əsasən Ukraynanın əks-hücumlarını gücləndirməyə kömək edəcək.
Qeyd edək ki, Kiyev və digər şəhərlərə kütləvi raket hücumundan sonra Ukrayna tərəfdaşlarından hava hücumundan müdafiə sistemləri istəyib. ABŞ, Almaniya və Britaniya Ukraynaya bu sistemlərdən göndəriləcəyini bildirib.
Akif İsmayılov