Məmmədyarov Karlseni məğlub etdi

Məmmədyarov Karlseni məğlub etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Aimchess Rapid” turnirində mübarizəyə başlayıb 

 

Modern.az xəbər verir ki, qrossmeyster ilk görüşdə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb.

 

Məmmədyarov 45-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

 

Bu gün ümumilikdə 4 oyun keçirəcək şahmatçımızın növbəti rəqibləri polşalı Yan Kşiştof-Duda, niderlandlı Aniş Qiri və kanadalı Erik Hansen olacaq.

Mənbə

Share: