Masallıda külli miqdarda heroin aşkarlandı

Masallıda külli miqdarda heroin aşkarlandı

Masallı sakinin üzərindən və yaşadığı evdən külli miqdarda heroin aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakini Zahid Alışov saxlanılıb.

 

Narkotik vasitələrin satışından şübhəli bilinən həmin şəxsin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb. Bundan əlavə Masallı RPŞ-nin əməkdaşları tərəfindən Z.Alışovun yaşadığı evə keçirilən baxış zamanı oradan 147 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. 

 

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə

Share: