
ABŞ prezidenti Co Baydenin açıqlamalarından sonra ABŞ-ın Pakistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Bayden deyib ki, Pakistan “bəlkə də dünyanın ən təhlükəli ölkələrindən biridir”.
Pakistanın xarici işlər naziri Bhutto-Zardari Baydenin şərhlərinə təəccübləndiyini və anlaşılmazlığın qarşılıqlı əlaqənin olmaması ilə əlaqədar olduğunu bildirib. Bhutto-Zərdari ABŞ səfirinin çağırılması qərarının Vaşinqtonla münasibətlərə mənfi təsir edəcəyini düşünmədiyini bildirib.
Akif İsmayılov


