Azərbaycanda gömrük rüsumları üzrə proqnoz 3 % artırılır

Azərbaycan hökuməti gələn il gömrük rüsumları üzrə daxilolmaların 1 milyard 332 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

 

Moderator.az bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

 

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,5 % çoxdur.

 

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.

Mənbə

Share: