Ermənistan KTMT-dən çıxır?

Oktyabrın 25-də İrəvanda parlamentin dördgünlük növbəti sessiyası başlayıb.

Millətin Səsi.az  Ermənistan KİV-nə istinadən xəbər verir ki, gündəliyə ümumilikdə 27 məsələ daxil edilib.

“Hayastan” və “Mənim şərəfim var” bloklarını təmsil edən müxalif deputatları bu dəfə də qanunverici orqanın işini boykot edərək iclasına gəlməyiblər.

“Hraparak” yazıb ki, dördgünlük sessiya zamanı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) çıxmasına dair dinləmələr keçirə bilər. Qeyd edilir ki, oktyabrın 21-də “KTMT-dən Çıxma Assosiasiyası”nın təşəbbüs qrupu Ermənistan parlamentinin spikeri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda parlament dinləmələrinin keçirilməsi ilə bağlı təklif ünvanlayıb.

Müraciət xarici əlaqələr, müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, regional və Avrasiya inteqrasiyası, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb. Müraciətin əsaslandırmasında qeyd olunur: “Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək baxışı narahat edir, ona görə də biz bu müzakirəni zəruri hesab edirik”.

Mənbə

Share: