İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib.
Modern.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.
Daha sonra gizli səsvermə keçirilib.
Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.
***
Akademik İsa Həbibbəylinin AMEA prezidentliyinə namizədliyi təsdiqlənib.
Modern.az xəbər verir ki, hazırda AMEA-nın yeni rəhbərinin seçilməsi üçün səsvermə keçirilir.
***
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçki keçirilir.
Modern.az xəbər verir ki, seçkiyə jurnalistlər buraxılmayıb.
Akademik İsa Həbibbəyli prezident postuna əsas namizəd hesab olunur.
***
11:00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilir.
Modern.az xəbər verir ki, yığıncaqda AMEA-nın yeni Nizamnaməsi və təşkilati məsələlər müzakirə olunur.
İclasda mətbuat nümayəndələrinin iştirakına icazə verilməyib.