İlin ikinci Günəş tutulması başlayıb

İlin ikinci Günəş tutulması başlayıb.

 

Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a verilən xəbərə görə, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatacaq.

 

Tutulmanın maksimumu saat 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edəcək. Bu təbiət hadisəsimi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olacaq.

 

Qeyd edək ki, 2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib.

Mənbə

Share: