Makron Roma Papasından Putin və Baydenə zəng vurmağı xahiş etdi

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Ukraynada nizamlanma prosesinin irəliləməsi üçün danışıqlar masası arxasına əyləşməsini zəruri hesab edir.


Modern.az xəbər verir ki, Vatikana səfərindən sonra jurnalistlərə açıqlamasında Makron deyib ki,  “Ukraynada sülh prosesinin irəliləməsi üçün ABŞ-ın danışıqlar masası arxasına əyləşməsinə ehtiyac var”.


Fransa lideri qeyd edib ki, Roma Papası və ABŞ prezidenti Co Bayden arasında etibarlı münasibət var.

“Papa ona təsir edə bilər ki, Birləşmiş Ştatlar Haiti və Ukraynadakı böhranların həllində iştirakını bərpa etsin”, – Makron əlavə edib.

 

Fransa prezidenti həmçinin Roma Papası Fransiskdən Ukrayna böhranını həll etmək üçün Rusiya və Amerika liderləri Vladimir Putin və Co Baydenə zəng vurmağı xahiş edib.

 

Papa Fransisk Makronu bazar ertəsi Vatikanda qəbul edib. Bildirilib ki, pontifiklə Fransa dövlət başçısı arasında görüş 55 dəqiqə davam edib.

Mənbə

Share: