Paşinyan ilin sonuna kimi sülh müqaviləsi imzalamaq İSTƏYİR

Rusiya və Azərbaycan liderləri ilə qarşıdakı görüşdə fəal müzakirə edilməli olan çoxlu məsələlər var.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.


Onun sözlərinə görə, Ermənistan bu ilin sonuna kimi Azərbaycan ilə sülh müqaviləsini imzalamaq istəyir.

Paşinyan Azərbaycan ilə sülh müqaviləsi imzalanmadan əvvəl sərhəddə delimitasiya prosesinin tamamlanmasina ümid etdiyini də söyləyib.

“Arzu edirəm ki, ilin sonuna qədər sülh sazişi imzalansın. Bu nə dərəcədə realdır, deyə bilmərəm. Amma biz bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik”. 

 

O qeyd edib ki, mühüm bir hal var və saziş imzalanana qədər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlər yekunlaşdırılmalıdır.

 

“Nəzərə alsaq ki, Praqada bu prosesin 1991-ci il sərhədləri əsasında aparılacağına dair razılıq əldə olunub, o zaman bu, reallıq ola bilər. Azərbaycanla Dağlıq Qarabağ arasında dialoq başlanmalıdır ki, bu da beynəlxalq səviyyədə görünməlidir. Bu, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün çox vacib haldır, görünən mexanizmlər olmalıdır”, – Paşinyan bildirib.

Mənbə

Share: