“Əgər mətbuatın zəhərlərini uda-uda yaşaya bilsəm, bundan sonra hələ 5 il yaşayacam və sədr kimi fəaliyyət göstərəcəm”.
Bunu jurnalistlərə açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.
O, mətbuata xahişlə müraciət edib:
“Mətbuatdan xahiş edirəm ki, AYB-yə düşmən münasibəti bəsləməyin, qərəzli yazılar yazmayın, hər şeyi tərsinə yozmayın. Bir az obyektiv və insaflı davranın”.