Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb.
Telefon danışığı zamanı Türkiyə – İsveç münasibətləri müzakirə olunub. İsveçin NATO-ya üzvlüyü məsələsinə toxunulub.
Ərdoğan Kristerssonu İsveçin yeni baş naziri olması münasibətilə təbrik edib və onu Ankaraya dəvət edib.
Ərdoğan İsveç hökuməti ilə ikitərəfli əlaqələri hər sahədə inkişaf etdirməyə hazır olduğunu bildirib.
Akif İsmayılov