Milli Məclisin deputatı Kamran Bayramov Şəmkir rayonunda Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.
Modern.az xəbər verir ki, deputat şəhid ailələrinə başsağlığı verib, onların problemləri ilə maraqlanıb.
İlk olaraq Keçili kəndində Rufan Əkbərlinin şəhidliyə ucalmasının ikinci ildönümündə məzarı ziyarət edilib, sonra onun xatirəsinə inşa edilmiş abidə-park kompleksinə baş çəkilib. Mərasimdə iştirak edən deputat şəhidin əziz xatirəsini yad edib.
Eyni zamanda Şəmkir rayonunun Mahmudlu kəndində Vətən Müharibəsi şəhidləri İsmət Namazov və Niyaməddin Musayevin də məzarları ziyarət edilib, xatirələri anılıb.
Deputat Şəmkir rayonunun daha bir şəhidi Münasib Məmmədovun ildönümü mərasimində iştirak etmək üçün Yuxarı Seyfəli kəndində olunub. Şəhidin məzarını ziyarət edən deputat onun ailəsinə başsağlığı verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!