Valyuta ehtiyatlarımız artıb – RƏSMİ

Bu ilin əvvlindən Azərbaycanın valyuta ehtiyatları 3,5 faiz artıb.

 

Modern.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

 

T.Kazımov qeyd edib ki, hazırda valyuta ehtiyatlarımız 55,1 milyard dollardır.

 

Baş bankirin sözlərinə görə, bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir:

 

“O cümlədən AMB-nin valyuta ehtiyatları bu ilin əvvəlindən 8,4% artaraq 7,7 milyard dollara çatıb”.

Mənbə

Share: