Azərbaycanda işgüzar səfərdə olan Finlandiya xarici işlər nazirinin xarici ticarət əlaqələri üzrə müavini Nina Vaskunlahtinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.